“Torpaqlarımızı işğaldan azad edən, bütün ərazilərimizdə suverenliyimizi bərpa edən, Xankəndində üçrəngli bayrağımızı qaldıran İlham Əliyevi yenidən prezident seçməklə xalq öz iradəsini nümayiş etdirdi. Düşünürəm ki, Azərbaycanı yeni hədəflərə doğru aparacaq və xalqın xeyrinə olan nəticələr əldə edə biləcək dövlət başçısı elə İlham Heydər oğlu Əliyevdir. Builki seçkilər əhalinin daha aktiv iştirakı ilə seçildi. Bu, xalqın bu vaxta qədər ölkəyə rəhbərlik etmiş insana etimadının göstəricisi, dünyaya birliyimizin sübutu idi. Bu mənada seçkilər müasir tariximizdə önəmli hadisədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib. Tanınmış aktyor mədəniyyət sahəsində görmək istədiyi yeniliklərdən də danışıb:
“Müharibələr, savaşlar bitər, quruculuq, yaradıcılıq dövrü başlayar. Bundan sonra görəcəyimiz işlər Azərbaycan mədəniyyətini bütün dünyada daha geniş şəkildə nümayiş etdirmək, tanıtmaq, milli kimliyimizi, milli dəyərlərimizi qorumaq və ona sahib çıxmaqdır. Bu işləri də mədəniyyətin təbliği ilə görmək olur. Fikrimcə, bundan sonra hər şey daha da yaxşı olacaq”.
Törə Zeynallı Demokrat.az


