Gündəm Özəl

İsti fevral havasının səbəbi AÇIQLANDI

İsti fevral havasının səbəbi AÇIQLANDI

Fevral ayı olmasına baxmayaraq, havalar mülayim keçir. Neçə gündür temperatur yüksəkdir, yaz havası var. Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən,qarşıdakı bir həftə ərzində də mülayim hava şəraiti davam edəcək. Havaların fəsilə uyğun keçməməsinin səbəblərinə ekoloq alim, professor Telman Zeynalov Demokrat.az-a açıqlamasında aydınlıq gətirib:

“Bunun səbəbi Sakit okeandakı isti cərəyandır. Külək cənub-qərb və cənub-şərq istiqamətlərindən əsir. Bu, isti cərəyanın küləyidir. Yağıntılar yoxdur, quraqlıqdır. Mülayim hava mart ayına kimi davam edəcək.

Havanın çirklənməsininsə buna aidiyyəti yoxdur. Respublikada maşın həddən artıq çoxdur. Yanacağın keyfiyyəti də yüksək deyil. Bundan başqa neft yataqları səbəbindən çatlar əmələ gəlir. Həmin çatlardan da metan, hidrogen, karbon qazı atmosferə yayılır və havanın istilənməsinə, çirklənməsinə səbəb olur”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova