Türkiyəli məşhur aktrisa Nur Sürerin qardaşı Süleyman Sürer dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Bildirilib ki, aktrisanın 65 yaşlı qardaşı müalicə gördüyü xəstəxanada vəfat edib.
Nur Sürer bu gün qılınan cənazə namazından sonra qardaşını son mənzilə yola salıb.
Qeyd edək ki, Sürer ailəsinin kiçik övladı Süleyman Sürer Muğla qəbiristanlığında anasının yanında dəfn edilib.
Aysu Demokrat.az


