Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi mətbusat konfransında deyib.
M.Pənahov qeyd edib ki, ötən seçkilərlə müqayisədə bu seçkilərdə 1 milyondan çox seçici iştirak edib və bu da çox yaxşı nəticədir.
Onun sözlərinə görə, hər hansı qüsürlar olubsa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq araşdırılacaq: “MSK-ya daxil olan müraciətlər ətraflı araşdırılmalıdır. Ondan sonra isə öz fikrimizi ictimaiyyətə açıqlayacağıq”.
“Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir. Azərbaycan vətəndaşları çox böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak edib”, - M.Pənahov vurğulayıb.(report)


