Azərbaycanda keçirilənnövbədənkənar prezident seçkisiilə bağlı bülletenlərin sayılmasına başlanılıb.
Bülletenlər müşahidəçilərin iştirakı ilə sayılır.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var. Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir.
Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti yeddiil olacaq.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədiİlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülənZahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədiRazi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədiFazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədiElşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədiQüdrət Həsənquliyevvə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.


