ABŞ dövlət katibi Antoni Blinken rəsmi danışıqlar üçün İsrailə səfər edib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, Blinkenin Qərbi Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcəyi gözlənilir.
İclasda HƏMAS və İsrail arasında dolayı yolla aparılan əsir mübadiləsi və atəşkəs danışıqlarının müzakirə ediləcəyi gözlənilir.
Blinkenin Netanyahu ilə görüşündən sonra ayrı-ayrılıqda İsrail Baş Qərargah rəisi Herzi Halevi, müdafiə naziri Yoav Gallant və prezident İsaak Hersoqla görüşəcəyi gözlənilir.
Aysu Demokrat.az


