Gündəm Özəl

Deputat: "Xalqda ruh yüksəkliyi var"

Deputat: Xalqda ruh yüksəkliyi var

“Səhər tezdən ailəmlə birlikdə səsvermədə iştirak etdim. Səsimi də ürəyim istəyən namizədə verdim. Qeydiyyatda olduğum 124 saylı Şuşa-Xocalı-Ağdam-Xocavənd seçki dairəsi Bakı şəhəri Nizami rayonunda yerləşir. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Respublika üzrə müşahidəçisiyəm. Müşahidələrimi apardım, hazırda Nərimanov rayonu ərazisindəyəm, burada da bir neçə məntəqədə səsvermə prosesini müşahidə etmişəm. Sabunçu rayonuna da gedəcəyəm”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O, vətəndaşların seçkilərdə aktiv iştirakına diqqət çəkib:

“Bütün məntəqələrdə seçici fəallığı yüksək səviyyədə idi. Əhali hər zaman seçkilərdə fəal olub. Builki prezident seçkilərində bunu daha çox müşahidə edirik. Çünki bu seçkilər müstəqillik əldə etdikdən sonra bütün Azərbaycan ərazisində keçirilən ilk seçkidir. Torpaqlarımız işğaldan azad olunub, xalq seçkilərdə iştiraka daha çox can atır, ruh yüksəkliyi var”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova