“ İlham Əliyevin hakimiyyətdən getməsinin əleyhinəyəm. İlham Əliyev tarix yazdı. Mən belə düşünürəm ki, hazırda prezidentin dəyişməsinə ehtiyac yoxdur. Çünki bu işləri hamıdan yaxşı İlham Əliyev bilir, Putinlə, Ərdoğanla, digər ölkə başçıları ilə o danışıb. İlham Əliyevin adı tarixə qızıl hərflərlə yazılıb”.
Bunu Demokrat.az-a açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru, tanınmış həkim Rəşid Mahmudov deyib. Onun fikrincə, ölkə daxilində ciddi dəyişikliklərə ehtiyac var:
“Mən nə iqtidaram, nə də müxalifət, siyasətçi də deyiləm. Açıq sözlü insanam, yeri gələndə sərt çıxışlar da etmişəm, bilirsiniz. Xarici siyasətimiz əladır, amma daxili siyasətdə islahatlara ehtiyac var"
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkisi keçirilir. Prezident seçkisində 7 nəfərin namizədliyi qeydə alınıb.
Törə Zeynallı Demokrat.az


