Region

Rusiyada içərisində 38 şagirdin olduğu məktəb yandı — FOTO/VİDEO

Rusiyada içərisində 38 şagirdin olduğu məktəb yandı — FOTO/VİDEO

Rusiyanın Komi Respublikasının Koyqorodski rayonunun Qriva kəndində taxta konstruksiyalı məktəb yanıb.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanan məktəbdən 40-dan çox insan, o cümlədən 38 uşaq təxliyə edilib.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.//Oxu.az

D
demokrat.az