Dünya

“Hollandiya hökuməti “Facebook”dan imtina etməyi düşünür”

“Hollandiya hökuməti “Facebook”dan imtina etməyi düşünür”

Hollandiya hökuməti platformanın məlumatların təhlükəsizliyini necə idarə etdiyinə dair ciddi narahatlıqlara görə “Facebook”dan tamamilə imtina etməyi düşünür.

Yeniavaz.comxəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu mövzuda “Meta” ilə aparılan danışıqlar istənilən nəticəni verməyib. Buna görə də hakimiyyət bütün hökumətə təsir edəcək “Facebook” qadağası üçün hazırlıqlara başlayıb.

Qeyd edək ki, daha əvvəl Hollandiya hökuməti Çin platformasından casusluq qorxusu ilə əlaqədar rəsmilərinə “TikTok”dan istifadəni qadağan etmişdi.

NE
Nihadə Eyyubova