Sosial Özəl

“Şəkəri azalt, ömrünü uzat!” — Sağlam həyat tərzi vacibdir

“Şəkəri azalt, ömrünü uzat!” — Sağlam həyat tərzi vacibdir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya təşviq edilməsi məqsədilə “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası keçirir. Şəkərin normadan artıq istehlakı insan orqanizmində fəsadlara yol açır. AQTA-nın başlatdığı kampaniya da şəkərin normaya uyğun qaydada istehlakı barədə insanları məlumatlandırmaq məqsədi daşıyır.

Əməkdar məşqçi “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov da kampaniyaya qoşulub. 51 yaşlı mütəxəssis etdiyi videomüraciətdə hər kəsi, xüsusilə də idmançıları bu kampaniyaya qoşulmağa çağırıb.

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, günümüzdə qidalanma sahəsində insanların həyatı üçün təhlükəli tendensiya hökm sürür:

“Şəkəri azalt, ömrünü uzat!” — Sağlam həyat tərzi vacibdir

“Tez-tez yeni şirniyyat mağazaları, “fast-food” restoranları artır. İnsanlar belə qidaları çox istehlak etməyə başlayıb, bu da orqanizm üçün təhlükəlidir. Bunun qarşısını almaq da bir qədər çətinləşib, çünki bu tendensiya bütün dünyada yayılıb – Avropada da, Amerikada da. Amma sağlam həyat tərzi sürmək çox vacibdir. Şəkər xəstələri ilk dəfə onlara şəkərli diabet diaqnozu qoyulanda qorxurlar. Onlara deyirik ki, şəkər həyat tərzidir. Şəkərdən uzaqlaşmağın yolu düzgün həyat tərzi qurmaqdan keçir – qidalanma və idman burada vacib amillərdir. Təəssüf ki, oturaq həyat tərzi, həddən artıq şirniyyat yemək insanları tənbəlləşdirir. Bu vəziyyət qanda şəkərin artmasına gətirib çıxarır. Xaricdən gətirilən və marketlərdə satılan ərzaqların əksəriyyətinin tərkibində şəkər var. Şəkər tərkibli qidalardan uzaq durmaq lazımdır. İnsanlar özləri də bunu çox gözəl bilirlər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova