Dünya Özəl

“Tesla” şirkətinə 1,5 milyon dollar cərimə kəsildi

“Tesla” şirkətinə 1,5 milyon dollar cərimə kəsildi

ABŞ-nin Kaliforniya əyalətindəki məhkəmə İlon Maskın baş icraçı direktoru (CEO) olduğu “Tesla”nın təhlükəsizlik ilə bağlı prosedurlara əməl etmədiyi səbəbiylə 1,5 milyon dollar cərimə ödəməsinə qərar verib.

Demokrat.az xəbər verir ki, bu barədə Kaliforniya dairə prokurorluğundan açıqlama verilib.

Bildirilib ki, şirkətə qarşı təhlükəli tullantıların atılması, tullantıların saxlanması və idarə edilməsi ilə bağlı qanunların pozulması ilə əlaqədar şikayət edilib.

Həmçinin, “Tesla”nın avtomobil xidmət mərkəzlərində, enerji mərkəzlərində və bir fabrikdə təhlükəli tullantılarla bağlı qanuna əməl etmədiyi iddia edilib.

Müqavilə çərçivəsində şirkətdən cərimələr, istintaq xərcləri, işçilərin təhsili və tullantıların yoxlanılması üçün 200 min dollar ödəməsi tələb edilib.

Qeyd edək ki, Kaliforniyada təxminən 57 avtomobil xidmət mərkəzi və 18 günəş enerjisi obyekti olan “Tesla”, San-Fransisko ştatının Fremont şəhərində elektrik avtomobilləri istehsal edir.

Aysu Demokrat.az

D
demokrat.az