Maraqlı Özəl

Antarktidadan Avstraliyaya gedən pinqvin diqqətə səbəb oldu

Antarktidadan Avstraliyaya gedən pinqvin diqqətə səbəb oldu

Avstraliyanın cənubundakı çimərlikdə Antarktidadakı yuvasından yüzlərlə kilometr aralıda kral pinqvin görünüb.

Demokrat.az xəbər verir ki, bu barədə Cənub-Şərqi Kinqstonda quş populyasiyasını araşdıran “Friends of Shorebirds South East”təşkilatı məlumat yayıb.

Təşkilatın prezidenti Ceff Kempbell komanda üzvlərinin bölgədə apardığı araşdırma zamanı pinqvinlə qarşılaşdığını bildirib.

Quşun "daha əvvəl heç vaxt insan görmədiyini" iddia edən Kempbell bu barədə Avstraliya Yayım Korporasiyasına məlumat verib.

Kempbell quşun gənc olduğunu və daha əvvəl insanlarla qarşılaşmadığı üçün insanların təhlükəli olacağını bilmədiyini bildirib.

Aysu Demokrat.az

D
demokrat.az