Dünya Özəl

Blinken Yaxın Şərq turuna başlayır

Blinken Yaxın Şərq turuna başlayır

ABŞ dövlət katibi Antoni Blinken bu gün 5-ci Yaxın Şərq səfərinə başlayacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, Blinken səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.

Bu, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra Blinkenin regiona beşinci səfəri olacaq.

ABŞ dövlət katibi fevralın 8-dək davam edəcək səfəri zamanı Qəzzada son vəziyyəti və məhbus mübadiləsi prosesini dəyərləndirəcək.

Aysu Demokrat.az

D
demokrat.az