Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə hücum edilib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, silahlılar əyalətin Dera İsmayıl Xan bölgəsində polis bölməsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər.
Hücumda 10 polis həyatını itirib, 6-sı yaralanıb.
Gecənin qaranlığından istifadə edərək qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, bölgədə silahlıların hücumları artmağa davam edir.
Aysu Demokrat.az


