Gündəm

İdmançını döyən Ruslanla bağlı yeni FAKT — "Avropa" otelində niyə bıçaqlanıbmış? (VİDEO)

İdmançını döyən Ruslanla bağlı yeni FAKT — Avropa otelində niyə bıçaqlanıbmış? (VİDEO)

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov veteran idmançı Həsən Əzizovu döymələri ölkədə böyük əks-səda doğurub.

Neçə gündür, media və sosial şəbəkələrdə bu mövzudan bəhs olunur, hadisə və onun iştirakçıları ilə bağlı yeni detallar üzə çıxır.

Bakupost.az xəbər verir ki, idmançılara Həsən Əzizovu döymək barədə göstərişlər verən Ruslan Əfəndiyevin adı bundan əvvəl başqa bir insidentdə hallanıb.

Amma bu hadisədə o təqsirləndirilən deyil, zərərçəkən şəxs kimi qeydə alınıb.

İdmançını döyən Ruslanla bağlı yeni FAKT — Avropa otelində niyə bıçaqlanıbmış? (VİDEO)
Fotoda: “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədov

Belə ki, 2015-ci ilin aprel ayının 21-də Bakıda “Avropa” hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri – “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

D
demokrat.az