Region Özəl

Putinin Türkiyə səfərinin gündəmi hansı mövzu olacaq?

Putinin Türkiyə səfərinin gündəmi hansı mövzu olacaq?

Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinin gündəm mövzusu ikitərəfli əlaqələr və Ukrayna olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələri ilə yanaşı, Ukrayna da daxil olmaqla regional məsələlər müzakirə olunacaq.

Türkiyə ilə Rusiya arasında ticarət əlaqələri mövzusuna da toxunan Peskov, "Türkiyə bu mövzuda çox prinsipial və müstəqil mövqe tutan azsaylı ölkələr arasındadır. Bizimlə ticari və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir" deyə əlavə edib.

Aysu Demokrat.az

D
demokrat.az