“Vətəndaşlarımız 7 fevral seçkilərində qalib xalqın nümayəndələri kimi iştirak edəcək”.
Demokrat.azxəbər verir ki, bu sözləri secki-2024.az saytına açıqlamasında Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov deyib. O, nəzərə çatdırıb ki, hazırkı reallıqlar Azərbaycan üçün prezident seçkilərinin həmişəkindən daha vacib olmasını göstərir.
“İlk dəfə olaraq, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında və tarixi Vətənimizin hər yerində, respublikamızın bütün ərazisində seçkilər keçiriləcək. Ona görə də bütün ölkə ərazisini əhatə edən ilk seçkilər məhz prezident seçkiləri olmalıdır”, - deyən konsul əmin olduğunu bildirib ki, Azərbaycan xalqı bu ilin fevral ayında da müdrik qərar verəcək.
Əfqan Salmanovun fikrincə, bu il keçiriləcək prezident seçkiləri bir neçə səbəbdən əhəmiyyətlidir: “İlk növbədə, seçkilər tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmiş Vətənimizin bütün ərazisində keçiriləcək. Digər tərəfdən isə, vətəndaşlarımız bu seçkilərdə qalib xalqın nümayəndələri kimi iştirak edəcək”.


