Binəqədi Rayon İcra Hakimiyyəti 17 ildir, asfalt örtüyünün olmamasından əziyyət çəkən Biləcəri qəsəbəsinin sakinlərinin müraciəti ilə bağlı açıqlama verib.
Pravda.az xəbər verir ki, qurumun açıqlamasında deyilir: “Binəqədi rayonu, Biləcəri qəsəbəsində istismara yararsız vəziyyətdə olan yolların əsaslı təmir edilməsinə ehtiyac yarandığını nəzərə alaraq, sakinlərin müraciəti tərəfimizdən aidiyyəti üzrə baxılması və müvafiq köməklik göstərilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilib. Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən dövlət əsaslı vəsait qoyuluşu investisiya xərcləri çərçivəsində mərhələli qaydada ayrılacaq maliyyə vəsaitindən asılı olaraq keçiriləcək tədbirlər zamanı Binəqədi rayonu ərazisində ilk növbədə çoxsaylı əhalinin istifadə etdiyi, eyni zamanda yaşadığınız ünvanda yolların əsaslı təmir işlərinin aparılması məsələsinə baxılması nəzərdə tutulub”.


