Dünya Özəl

Turist avtobusu yük maşını ilə toqquşdu: 19 nəfər öldü

Turist avtobusu yük maşını ilə toqquşdu: 19 nəfər öldü

Meksikanın Sinaloa ştatında tur avtobusunun yük maşını ilə toqquşması nəticəsində 19 nəfər ölüb, 22 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, turistləri daşıyan avtobus Elota qəsəbəsində magistral yolda yük maşını ilə toqquşub.

Qəzada 19 nəfər hadisə yerində ölüb, bəziləri ağır olmaqla 22 nəfər yaralanıb.

Qəza ilə bağlı dövlət prokurorluğu araşdırmalara başlayıb.

Aysu Demokrat.az

D
demokrat.az