Fransanın bir çox bölgəsində, xüsusilə paytaxt Paris və ətraflarında fermerlərin traktorları ilə həyata keçirdiyi etirazlar davam edir.
Demokrat.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
Məlumata görə, ölkədə dünən səhər saatlarında başlayan etiraz aksiyaları gecə boyu davam edib.
Eyni zamanda bir çox fermer havanın soyumasına baxmayaraq gecəni traktorlarında keçirib.
Traktorlarının yanında gözləyən və yol kənarında ocaq yandıraraq isinməyə çalışan fermerlərin görüntüləri sosial mediada əksini tapıb.
Polis ölkə daxilində etiraz aksiyasına 5 mindən çox təsərrüfat maşını və 10 minə yaxın fermerin qatıldığını bildirib.
Aysu Demokrat.az


