Hadisə Özəl

Mikroavtobusla minik avtomobili toqquşdu: Yaralananlar var

Mikroavtobusla minik avtomobili toqquşdu: Yaralananlar var

Türkiyədə sərnişin mikroavtobusu ilə minik avtomobili toqquşub.

Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Adana vilayətində baş verib.

Hadisə yerinə dərhal təcili tibbi yardım, xilasetmə və polis qrupları göndərilib.

İlkin baxış zamanı qəzada, 1-i ağır olmaqla 9 nəfərin yaralandığı öyrənilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı istintaq başladılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova