İsmayıllı rayonunda 5 Hindistan vətəndaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəsul Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim İlqar Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 8-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında İsmayıllı rayonunun Tircan kəndi ərazisindən keçən hissəsində baş verib . "Mersedes Vito" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində beş Hindistan vətəndaşı - Nariş Govda, Kishoranjan, Naqeş Subramanya, Ballenahallı Hirannaian, Mysuru Basavaraju müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Fariz Məlikli Demokrat.az


