Gündəm Özəl

Rusiyada uşaqları xilas edən həmyerlimizdən daha bir HUMANİST ADDIM

Rusiyada uşaqları xilas edən həmyerlimizdən daha bir HUMANİST ADDIM

Xəbər verdiyimiz kimi, yanvarın 17-də axşam saatlarında Rusiyanın Novosibirsk şəhərinin Leninski rayonunun Plaxotnoqo küçəsində kommunal qəza baş verib.61 il əvvəl çəkilən boru şaxtaya dözə bilməyib və partlayıb.Hadisə şahidlərinin sözlərinə görə, qaynar su kütləsi 7-ci mərtəbəyəqədər qalxıb və ərazini qaynar su basıb.Hadisə zamanı 14 nəfər xəsarət alıb, onlardan üçü yanıq mərkəzinə yerləşdirilib.

Demokrat.az xəbər verir ki, Leninski rayon sakini, azərbaycanlı Rza Rzayev İsmayıl oğlu su basmış Parxomenko-Trolleynaya yollarının kəsişməsində əvvəlcə insanları rahat təxliyə etmək üçün keçid düzəldib, sonra isə keçə bilməyənlərə köməklik edib. Uşaqları isə özü xilas edib.

Novosibirsk sakinləri Rza Rzayevin bu hərəkətinə biganə qalmayıblar. Onlar onuailəsi ilə görüşdürmək qərarına gəliblər. Bunun üçün başlatdıqları kampaniya nəticəsində71.524 rubl toplayıblar. Rza Rzayev 6 ay idi qızlarını görmürdü.

Rzanın bu pulu Azərbaycana səfər üçün xərcləyəcəyi güman edilirdi, lakin o, başqa cür qərar verib. HəmyerlimizNovosibirsk sakinlərinin onun üçün topladığı pulu "İnci Valideyn Qəyyumluğu Olmayan Uşaqlara Yardım Mərkəzi"nəbağışlayıb.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova