Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu paylaşımıilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, yağışlı havada qardaşı Nicatla avtomobildən çəkdiyivideonu izləyiciləri ilə bölüşən sənətçi bunları deyib:
"Qardaşıma deyirəm ki, nə gözəl yağış yağır. Yağış yağanda sevinirəm. Cavab verdiki, "Ovaxt bir otağımızın damı yox idi, onda sevinərdin". Şükür olsun bu günümüzə. Yağış bərəkətdir, Allah hamıya kömək olsun, ruzisini yetirsin. Olmayanlara ev qismət etsin".


