Dünya

Futbol stadionunda ATIŞMA - Çoxlu sayda yaralı var

Futbol stadionunda ATIŞMA - Çoxlu sayda yaralı var

ABŞ-ın Alabama ştatının Mobil şəhərində futbol stadionunda atışma baş verib.

Atışma nəticəsində 10 nəfər xəsarət alıb. Atışma "Ladd-Peebles Stadium”da futbol oyunundan sonra baş verib.

Şəhər polisinin verdiyi məlumata əsasən, xəsarət alanlar 15-18 yaş arasında olan şəxslərdir. Onlardan 5-nin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı 2 nəfər saxlanılıb. (APA)

D
demokrat.az