Hadisə

Astarada ana və qızı dəm qazından öldü

Astarada ana və qızı dəm qazından öldü

Astarada dəm qazındanölüm halı baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Pensər kəndində olub.

Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Nazənin Cəmil qız Şükürova vəanası 1944-cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyeva yaşadıqları evin hamamında ölü tapılıb.

Hadisə Ş.Nazəninin yaşlı anasını hamamda çimizdirərkən dəm qazının sızması zamanı baş verib.

Qeyd edək ki, hər iki şəxs Pensər kənd 2 saylı məktəbində müəllim işləyib.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova