Dünya

Yuxarı Lars yolu BAĞLANDI

Yuxarı Lars yolu BAĞLANDI

Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Larsa gedən yol yenidən qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb.

Demokrat.azxəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Mleta-Qudauri və Qudauri-Kobi hissələrində məhdudiyyətlər qar fırtınası və zəif görmə səbəbindən gecə saatlarında tətbiq edilib. Digər nəqliyyat növləri üçün səyahət açıqdır.

Qudauri-Kobi hissəsində avtomobillərin yalnız qar uçqundan mühafizə tunellərindən keçməsinə icazə verilir.

D
demokrat.az