Şimali Koreya “Bulhvasal-3-31” adlı yeni tipli strateji qanadlı raketin ilk sınaq atışını həyata keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, ölkənin Baş Raket İdarəsi yeni tipli strateji qanadlı raket “Bulhvasal-3-31”in ilk sınaq atışını həyata keçirib.
İdarə, sınaq atışının silah sisteminin inkişaf etdirilməsi prosesi çərçivəsində məcburi bir fəaliyyət olduğunu açıqlayıb.
Sınaq atışının qonşu ölkənin təhlükəsizliyinə mənfi təsir göstərmədiyi bildirilib.
Aysu Demokrat.az


