Sosial

İmtahan tariflərində heç bir dəyişiklik yoxdur — Məleykə Abbaszadə

İmtahan tariflərində heç bir dəyişiklik yoxdur — Məleykə Abbaszadə

İmtahanda ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb.

Demokrat.azxəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır.

"Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq", - sədr qeyd edib.

D
demokrat.az