Türkiyənin Suriya sərhədindən ölkəyə girməyə cəhd edən PKK terror təşkilatının üzvü saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, sərhəd bölgəsindən ölkənin Şanlıurfa vilayətinə daxil olmağa çalışan terrorçu müəyyən olunub.
Bölgədə keçirilən əməliyyat nəticəsində PKK üzvü sərhəddə polis tərəfindən saxlanılıb.
Şübhəli şəxs barəsində araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


