Dünya Özəl

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 34-ə çatdı

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 34-ə çatdı

Çinin Yunnan əyalətində yanvarın 22-də baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 34 nəfərə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Kaotonq şəhərində baş verən torpaq sürüşməsindən sonra aparılan axtarışlar zamanı daha 3 nəfərin cəsədi tapılıb.

Sürüşmədə ölənlərin sayı 34-ə yüksəlib, 10 nəfərin hələ də itkin düşdüyü bildirilib.

Axtarış-xilasetmə əməkdaşları itkin düşənlərin tapılması istiqamətində işləri davam etdirirlər.

Aysu Demokrat.az

D
demokrat.az