Hadisə Özəl

Göyərtəsində 65 ukraynalı əsirin olduğu təyyarə qəzaya uğradı

Göyərtəsində 65 ukraynalı əsirin olduğu təyyarə qəzaya uğradı

Göyərtəsində 65 ukraynalı əsirin olduğu “İl-76” tipli Rusiya təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dəyişdirilmək üçün aparılan 65 nəfər ukraynalı əsir və əlavə 9 nəfər Rusiya vətəndaşı olmaqla, ümumilikdə 74 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.

Hadisənin səbəbi ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov araşdırma aparmaq üçün hadisə yerinə gedəcəyini açıqlayıb.

Qladkov bildirib ki, hazırda bölgədə xilasetmə qrupları işləyir.

Aysu Demokrat.az

D
demokrat.az