Sosial

6 saylı məktəbdə pedaqoji şuranın növbədənkənar iclası keçirilir — FOTO

6 saylı məktəbdə pedaqoji şuranın növbədənkənar iclası keçirilir — FOTO

Hadisə ilə bağlı məlumatlar yayıldıqdan məktəb olaraq dərhal sonra araşdırmalara başladıq. Valideynlərin iştirakı ilə təhsil müəssisəsində kamera görüntülərini izlədik və bu görüntülərdə deyilən məsələlər öz əksini tapmadı.

Demokrat.azbildirir ki, bu sözləri Bakı şəhəri 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova mediaya açıqlaması zamanı deyib.

O bildirib ki, daha sonra məktəbin rəhbərliyi olaraq məsələnin daha dərindən araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etdik. Polis əməkdaşları valideynlərin iştirakı ilə şagirdlərlə ayrı-ayrılıqda görüşdü. Məktəb psixoloqlarının da iştirakı ilə siniflərlə görüş keçirildi.

Bununla yanaşı, valideyn komitələri ilə qeyd olunan halın baş vermədiyi və araşdırmanın nəticələri ilə bağlı görüşlər keçirdik.

Onu da qeyd etmək istəyirəm ki, ikinci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətinə yol verilməsi aşkarlanmasa da, məlum olub ki, dərsdənkənar məşğələ zamanı müxtəlif yaş qrupları üzrə şagirdlərin birgə hazırlıq keçdiyi zaman aşağı sinif şagirdinə 7-ci sinif şagirdi onun yaşına uyğun olmayan, qeyri-etik xarakterli video məzmun göstərib.

Bu məsələ Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən dərhal nəzarətə götürüldü və lazımi tədbirlər görüldü.

Şagirdlərin təhlükəsiz mühitdə təhsil alması və valideynlərin narahatlığını anlayaraq həmin şagirdlərin digər təhsil müəssisələrinə yerdəyişməsi tövsiyə edilib.

Həmçinin baş verənləri nəzərə alaraq, təhlükəsiz və sağlam psixoloji mühitin gücləndirilməsi məqsədilə artıq bizim məktəbdə də məktəblinin dostları fəaliyyət göstərəcək, psixoloqların şagirdlərlə fərdi, sinif rəhbərləri ilə maarifləndirici işlər aparılacaq, mühafizə xidməti tərəfindən təhlükəsizlik tədbirləri daha da təkmilləşdiriləcək, hər mərtəbədə cədvəl üzrə növbətçilik edən müəllimlərin sayı artırılacaq. Müxtəlif yaş qruplarından olan şagirdlərin eyni qruplarda hazırlıq dərslərində iştirakına yol verilməyəcək.

Yekun olaraq valideynlərə demək istəyirəm ki, övladlarının mobil telefondan istifadəsinə və uyğun olmayan məzmuna baxmasına ciddi nəzarət etsinlər.

Qeyd edək ki, hazırda 6 saylı məktəbdə pedaqoji şuranın növbədənkənar iclası keçirilir.

6 saylı məktəbdə pedaqoji şuranın növbədənkənar iclası keçirilir — FOTO

6 saylı məktəbdə pedaqoji şuranın növbədənkənar iclası keçirilir — FOTO

6 saylı məktəbdə pedaqoji şuranın növbədənkənar iclası keçirilir — FOTO

D
demokrat.az