Fransa “Amazon” şirkətini 32 milyon avro cərimələyib.
Demokrat.az xəbər verir ki, bu barədə Fransa İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyası (CNIL) açıqlama verib.
Açıqlamada, şirkətin işçilərin fəaliyyətlərini və performansını izləmək üçün yeni skaner sistem quraşdırdığı bildirilib. Həmçinin bu skaner sisteminin ənənəvi monitorinq metodlarından fərqli və ədalətsiz olduğu vurğulanıb.
Bu səbəbdən, hökümət tərəfindən şirkətə 32 milyon avro cərimə kəsilib.
Aysu Demokrat.az


