İrlandiyada fırtına səbəbindən 235 mindən çox ev və iş yeri işıqsız qalıb.
Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilib ki, ölkədə dünəndən bəri davam edən fırtına nəticəsində 235 mindən çox ev və iş yeri işıqsız qalıb, elektrik xətləri sıradan çıxıb.
Dublin hava limanında dəmir yolu əlaqəsi kəsilib və 166 reys ləğv edilib.
Qeyd edək ki, ölkə ərazisində mövcud hava şəraitinin çərşənbə gününədək davam edəcəyi proqnozlaşdırılır.
Aysu Demokrat.az


