Hadisə

Bakıda 27 yaşlı qadını hoteldə zorladılar

Bakıda 27 yaşlı qadını hoteldə zorladılar

Bakıda 27 yaşlı qadın zorlanıb.

Hüquq-mühafizə orqanlarından Anews.az-a verilən məlumata görə, hadisə martın 3-də Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, 25-də yerləşən hoteldə baş verib. Lakin zərərçəkmiş bu müddət ərzində zorlanması barədə polisə məlumat verməyə cəsarət etməyib.

27 yaşlı qadının (adı məlum səbəblərdən açıqlanmır) 24-cü Polis Şöbəsinə təqdim etdiyi şikayət ərizəsinə görə, onu zorlayan şəxs Kəlbəcər rayonunun 41 yaşlı sakinidir. Polis hazırda məlumatın doğru olub-olmadığını araşdırır.

Qeyd edək ki, daxili işlər orqanları ayın əvvəlindən paytaxtda 11 zorlama faktı qeydə alıb, bunlardan onunun üstü açılıb.(oxu az)

D
demokrat.az