Gündəm Özəl

“Liftlərlə ağır tikinti materialları qaldırılır” — Mənzillər təmirli satılmalıdır

“Liftlərlə ağır tikinti materialları qaldırılır” — Mənzillər təmirli satılmalıdır

“90-cı illərin əvvəllərindən başlayaraq Bakı şəhərində və ölkənin digər böyük şəhərlərində çoxmənzilli yeni binaların inşasına başlanıldı. Təkcə paytaxtda 2 mindən artıq çoxmənzilli yeni bina tikilərək vətəndaşların istifadəsini verilib. Proses sürətlə davam edir. İnkişaf etmiş ölkələrdə çoxmənzilli binalar inşa olunarkən mənzillər vətəndaşlara tam təmirli və ya böyük bir hissəsinin təmiri baş çatmış halda təqdim olunur. Lakin Azərbaycanda mənzillər təmirsiz olur”.

Bunu Demokrat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

O qeyd edib ki, çoxmənzilli binalarda liftlərin qırılmasının səbəbi həm də sonradan aparılan təmir işləridir:

“Liftlərlə ağır tikinti materialları qaldırılır” — Mənzillər təmirli satılmalıdır
“Nəzərə alınmalıdır ki, əksər yeni tikililər 14-18 mərtəbədən ibarətdir, hər binada da ortalama 60-200 mənzil yerləşir. Binalar təmirsiz olduqda vətəndaşlar təmir işlərinə başlayırlar. Tikinti materialları liftlərlə qaldırılır və liftlər qısa zamanda yararsız hala düşür. Liftlərin istismar müddətinin vaxtından tez başa çatması ağır yüklərin qaldırılmasında istifadə olunmasıdır. Düşünürəm ki, mənzillər satılarkən ilkin təmiri olunmalıdır. Bu, liftlərin vaxtından tez sıradan çıxmasının qarşısını alacaq. Mənzilin sonradan təmiri zamanı hər hansı sığorta hadisəsi baş verərsə, tikinti şirkəti məsuliyyət daşımalıdır. Çünki vətəndaşlar mənzillərini özləri və ya müxtəlif təmir şirkətlərinə təmir etdirirlər. Keyfiyyətsiz tikinti materiallarından istifadə olunarkən hər hansı xoşagəlməz hadisələr baş verə bilər. Mənzil-tikinti şirkətləri bina inşasına başlayarkən Lift İdarəsi və ya liftlərə nəzarət edən özəl şirkətlərlə müqavilə bağlamalıdır. Azı 3 aydan bir liftin keyfiyyətini və dayanıqlığını həmin şirkətlər yoxlayır və rəy verir. Liftlə bağlı bədbəxt hadisələrin baş verməsinin səbəbi idarələrin bu məsələyə biganə qalmasıdır, liftlər mütəmadi yoxlanılmadığı üçün bu cür hadisələr baş verir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova