Dünya Özəl

Avtomobilin üzərinə elektrik naqili düşdü, 9 aylıq körpə sağ qaldı

Avtomobilin üzərinə elektrik naqili düşdü, 9 aylıq körpə sağ qaldı

ABŞ-nin Oreqon ştatının Portlend şəhərində yaşayış evinin yaxınlığında dayanan avtomobilin üzərinə elektrik naqili düşüb. 9 aylıq körpə möcüzə nəticəsində sağ qalıb. Onun 21 yaşlı valideynləri isə dünyasını dəyişib. Hadisəni görüb köməyə gələn ailənin 15 yaşlı digər üzvü də cərəyan vurması nəticəsində həyatını itirib.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, Portlend Yanğın və Xilasetmə Departamentinin rəsmisi öz açıqlamasında bildirib ki, baş verən faciədən sonra atasının qucağında tapılan 9 aylıq körpə möcüzəvi şəkildə sağ qalıb. Hadisənin detalları da açıqlanıb. Məlumata görə, avtomobilin üzərinə elektrik kabeli düşəndən sonra zərərçəkənlər avtomobildən düşüblər və naqilə toxunduqları üçün həyatlarını itiriblər. Sağ qalan 9 aylıq körpə dərhal xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova