Qışda dəm qazından zəhərlənmə halları artır. Su qızdırıcıları standartlara cavab vermir, hamam otağının ölçüsü ilə qızdırıcının ölçüsü uyğun gəlmir. Bu da dəm qazı yaradır, nəticədə zəhərlənməyə səbəb olur.
Həkim Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, dəm qazından zəhərlənmənin yüngül, orta-ağır, ağır formaları var:

"Dəm qazından zəhərlənən şəxs huşunu itirə bilər, komaya düşə bilər. Nəticədə bu, ölümə də səbəb ola bilər. Yüngül hallarda ilkin tibbi yardım kimi şəxsi havaya çıxarmaq və ya olduğu yerdə pəncərləri açmaq, məkanı havalandırmaq lazımdır. Təcili tibbi yardıma zəng etmək, huşunu itirmək təhlükəsi varsa, naşatır spirti iylətmək lazımdır".
Törə Zeynallı Demokrat.az


