Dünya

Dünən XİN-ə çağırılmışdı, bu gün getdi — VİDEO

Dünən XİN-ə çağırılmışdı, bu gün getdi — VİDEO

Xəbər verdiyimiz kimi, dünən Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Demokrat.az-ın TASS-a istinadən məlumatına görə, səfir bu gün Rusiya XİN-ə gedib.

Diplomat Xarkovda Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində fransalı muzdlu döyüşçülərin ölməsi ilə əlaqədar çağırılıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 17-si Xarkovda xarici muzdlu döyüşçülərin yerləşdiyi obyektə zərbə endirildiyini açıqlayıb. Həmin muzdluların əsas hissəsini fransız döyüşçülərin təşkil etdiyi bildirilib. Nazirliyin məlumatına görə, zərbə nəticəsində 60-dan çox muzdlu ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova fransalı səfirin nazirliyə çağırıldığını açıqlayıb.

D
demokrat.az