Dünya

Türkiyənin kosmosdakı ilk təmsilçisi: “İstiqbal göylərdədir” — VİDEO

Türkiyənin kosmosdakı ilk təmsilçisi: “İstiqbal göylərdədir” — VİDEO

İlk türk kosmonavtı Alper Gezeravcının da içində olduğu kosmik gəmi ABŞ-nin Florida ştatında NASA-ya məxsus Kennedi Kosmik Mərkəzindən havaya buraxılıb.

Demokrat.azxəbər verir ki, “SpaceX”ə məxsus kosmik gəmi ABŞ yerli vaxtı ilə 16:49-da (Bakı vaxtı ilə 01:49) buraxılıb.

“SpaceX”, Beynəlxalq Kosmik Stansiyaya (ISS) doğru 36 saatlıq səyahətinə başlayan “Dragon” kapsulundakı “Ax-3” missiyasının üzvlərinin ilk təəssüratlarını “X” hesabı vasitəsilə canlı yayımlayıb.

Türkiyəni təmsil edən Alper Gezeravcının kosmosdakı ilk sözləri belə olub:

“Türkiyənin ilk insanlı kosmos missiyası üçün kosmosa çıxan ilk türk kimi sözlərimə Ulu Atatürkümüzün sözləri ilə başlamaq istərdim, cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün dahiyanə sözü: “İstiqbal göylərdədir””.

Qeyd edək ki, Türkiyənin insan iştirakı ilə həyata keçiriləcək ilk kosmos missiyası çərçivəsində Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

D
demokrat.az