Sosial

“Dedilər ki, biz, dərmanı inkişaf etmiş və inkişaf etməmiş ölkələr arasında fərq qoyaraq istehsal edə bilirik” — Elnur Eldaroğlu

“Dedilər ki, biz, dərmanı inkişaf etmiş və inkişaf etməmiş ölkələr arasında fərq qoyaraq istehsal edə bilirik” — Elnur Eldaroğlu

“Azərbaycana təkcə kimyəvi tərkibli dərmanlar gəlmir. Həmçinin bioloji qida əlavələri də idxal olunur. Bunlar ixrac edildikləri ölkədə istifadə edilənlərdən daha keyfiyyətsiz olurlar. Xüsusilə hərarətsalıcı dərman preparatları, apteklərdə satılan və birbaşa istifadə olunan ağrıkəsicilər, qeyri-steroid iltihab əleyhinə dərman maddələrini misal çə bilərik. Sözügedən dərmanların keyfiyyətlərindən nəinki biz həkimlər, əhali özü də narazıdır. Buna görə də Gürcüstan və Türkiyəyə getdiyimiz zaman məcburən həmin dərman preparatlarını əldə edirik. Azərbaycana eyni tərkibli, lakin fərqli ticari ad ilə gətirilən çox az dərmanın müsbət təsirlərini görə bilirik. Hormon əvəzedici dərman preparatlarında nəinki keyfiyyət dərəcəsinin aşağı olması, həmçinin qiymət fərqi də kifayət qədər özünü göstərir”.

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış fitoterapevt həkim Elnur Eldaroğlu deyib.

O, başına gələn hadisəni də danışıb: “Belçikada bir toplantıda idik. Toplantıdan sonra futbol oyunumuz oldu. Həmkarımın topuğu zədələndi. Mən aptekdən hamımızın tanıdığı və qeyri-steroid iltihab əleyhinə dərman maddələri qrupuna aid “Voltaren” məlhəmi aldım. Qiymət baxımından Azərbaycandakı “Voltaren”dən bir az baha idi. Amma həyatım boyu o cür yüksək keyfiyyətli, anında ödəmi, iltihabı, ağrını aradan götürən “Voltaren” görməmişdim. İki-üçün gün müddətində davamlı istifadə etdiyimiz o ağrıkəsici və iltihab əleyhinə olan məlhəmin qısa vaxtda effektinin şahidi oldum. Azərbaycanda aptekdən Avropadakından ucuz qiymətə aldığımız həmin məlhəmi dəfələrlə istifadə etmişəm. Heç bir effektini görməmişəm. Sonra həmin dərmanın bütün ölkələrdə satışını təşkil edən şirkətlərdən bir nümayəndə ilə rastlaşdım. Soruşdum, dedilər ki, biz, həqiqətən də, dərmanı inkişaf etmiş və inkişaf etməmiş ölkələr arasında fərq qoyaraq istehsal edə bilirik. Mənə bir mövzu maraqlı idi ki, axı eynilə həmin dərmanı digər qonşu ölkələrdən aldığımız zaman daha yaxşı effektlərini görə bilirik. Əvvəllər qeyd olunurdu ki, dərmanlar ölkəmizə kimyəvi dozası dəyişdirilərək gətirilir. Hazırda isə buna nəzarət var, buna görə də mümkün olmadığını düşünürəm. Lakin bir reallıq var - digər ölkələrdə, eləcə də qonşu ölkələrdə satılan və yaxşı təsir göstərən, məcburi şəkildə tez-tez istifadə olunan dərman preparatlarının, antibiotiklərin effektivliyi ilə Azərbaycanda satılanların effektivliyi arasında çox böyük fərq var”.

D
demokrat.az