İsraildə eradan əvvələ aid bir mağarada aparılan arxeoloji qazıntılar nəticəsində ilk insan köçünün təxminən 200 min il bundan əvvələ - Buz Dövrünün erkən mərhələsinə təsadüf etdiyinə dair dəlillər ortaya çıxıb. Belə ki bu vaxta qədər alimlər sərt iqlim şəraitinin köç etməyə mane olduğunu düşünürdülər. Lakin sonuncu tapıntılar Afrikadan Yaxın Şərqə insan köçünün bəşər tarixinin ən qədim çağlarında baş verdiyi barədə ehtimalları gücləndirib.
Demokrat.az "Skynews"a istinadən xəbər verir ki, soyuq və quru iqlimin qitələr arası köçün qarşısını aldığını iddia edən məşhur fərziyyənin əksinə, İsrail Qədim Əsərlər Təşkilatının Hayfa Universitetinin Zinman Arxeologiya İnstitutu ilə birgə apardığı araşdırma bunun əksini sübut edən faktları üzə çıxarıb. “Journal of Human Evolution” elmi jurnalı tərəfindən dərc edilən araşdırma Hayfa yaxınlığındakı Karmel dağının mağaralarından birində aşkar edilən kiçik heyvan qalıqlarının tədqiqini də əhatə edir. Araşdırma zamanı yüksək və soyuq yerlərdə gəmiricilərin yaşamış olduğu müəyyən edilib. Arxeoloji qazıntılar zamanı 200 min il əvvələ adi yaşlı insan çənəsi də kəşf edilib. Bu, Afrikadan kənarda yaşamış müasir insanların ("Homo sapiens") ilk qalıqlarından biridir. Araşdırma onu sübut edir ki, ibtidai insanlar həmin dövrdə bölgəyə hakim kəsilən soyuq iqlim şəraitinə uyğunlaşa bilib və sağ qalıblar.
Törə Zeynallı Demokrat.az


