Dünya Özəl

Qətərin keçmiş maliyyə naziri ilə bağlı qərar verildi

Qətərin keçmiş maliyyə naziri ilə bağlı qərar verildi

Qətər cinayət məhkəməsi körfəz ərəb ölkəsinin keçmiş maliyyə nazirini 5,6 milyard dollardan çox pulun ələ keçirilməsi ittihamı ilə 20 il həbs cəzasına məhkum edib.

Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, məhkəmə həmçinin Əli Şərif əl-Emadini, onun ələ keçirdiyi puldan iki dəfə çox cərimə edib və əlavə olaraq 21 milyard riyaldan çox cərimə ödəməyə məcbur edib.

Qeyd edək ki, məhkəmə həmçinin Qətərin keçmiş baş nazirinin qardaşı Şeyx Navaf bin Cassim bin Cabor Al Sanini dövlət vəsaitindən sui-istifadə etməkdə təqsirli bilib.

Nəticədə o, 6 il həbs cəzasına məhkum edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova