Filippin və Çin, Cənubi Çin dənizinə son müdaxilələrdən sonra bölgədəki gərginliyi azaltmaq üçün razılığa gəliblər.
Demokrat.az xəbər verir ki, bu barədə Filippin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Şanxayda keçirilən görüşdə mübahisəli bölgədəki vəziyyəti sakitləşdirmək üçün Çinlə danışıqlar aparılıb.
Tərəflər razılığa gəliblər ki, insidentlər diplomatiya yolu ilə sakit şəkildə həll olunmalıdır.
Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Cənubi Çin dənizindəki problemi daha yaxşı idarə etmək üçün Filippinlə əlaqəni yaxşılaşdırmaq və dostluq danışıqları aparmaq barədə razılığa gəldikləri bildirilib.
Aysu Demokrat.az


