Gündəm Özəl

“Cəzaçəkmə müəssisələrində məhkumların əməyindən istifadə edilməlidir” — Məşğulluq hansı səviyyədədir?

“Cəzaçəkmə müəssisələrində məhkumların əməyindən istifadə edilməlidir” — Məşğulluq hansı səviyyədədir?

Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların sosial reabilitasiyasının təkmilləşdirilməsi, onların əməyə, müxtəlif peşə kurslarına və təhsil proqramlarına cəlb olunması məqsədilə görülən işlər davam etdirilir. Penitensiar Xidmətin Baş idarəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları ilə keçirilən görüşdə birgə uğurlu layihələrin genişləndirilməsi və perspektivlər müzakirə olunub. Görüş zamanı Penitensiar Xidmətdə mövcud istehsal sahələrinin müasirləşdirilməsi, yeni istehsal sahələrinin yaradılması, hal-hazırda məhkumlara verilən peşə təhsili istiqamətlərinin təkmilləşdirilməsi və yeni peşə sahələrinin yaradılması müzakirə olunub.

“Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə təqsirləndirilən şəxslərin azadlıqdan məhrum edilməsində əsas məqsəd sosial ədaləti bərpa etməkdirsə, ikinci məqsəd cinayət törətmiş şəxsin cəzaçəkmə müəssisəsində islah olunmasıdır. O, Demokrat.az-a açıqlamasında deyib ki, burada daha bir məqsəd baş verə biləcək təkrar cinayətlərin qarşısını almaqdır:

“Cəzaçəkmə müəssisələrində məhkumların əməyindən istifadə edilməlidir” — Məşğulluq hansı səviyyədədir?

“Cəzaçəkmə müəssisələrində məhkumların məşğuliyyətinin təmin edilməsi həm də onların islah olunmasına aparan yoldur. Əməyin insanın tərbiyələnməsində, onun fiziki, zehni və mənəvi baxımdan davranışlarının qəlibə salınmasında əhəmiyyəti böyükdür. Məhkumların məşğuliyyəti üçün kifayət qədər şərait yaradılmalıdır ki, boş vaxtları ümumiyyətlə qalmasın. Boş vaxt qalanda məhkumlar ictimai münasibətlərə zidd addımlar atmağa davam edə bilərlər bir-birilərinə və ya müəssisənin işçilərinə qarşı. Sovet dövründə cəzaçəkmə yerlərində qapı-pəncərə, çarpayılar üçün dəmir torlar və insanların ehtiyac duyduğu bəzi əşyalar hazırlanıb təhvil verilirdi, hətta qarşılığında əməkhaqqı da verilirdi. Bu gün Avropa ölkələri və ABŞ-də az sayda cəzaçəkmə müəssisəsində bu təcrübədən istifadə olunur. Orada məhkumların məşğulluq sahəsi məhduddur.

Azərbaycanda məhkumların məşğuliyyətinin artırılması prosesinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, iri kommersiya sahibləri, sahibkarlar qoşula bilər. Dövlət tərəfindən büdcədən məhkumların saxlanılması üçün böyük vəsait ayrılır. Bu vəsaitin mütləq şəkildə əvəzi ödənilməlidir. Məhkumların əməyindən istifadə səviyyəsi aşağıdır. Bu məsələdə gecikmişik”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova