Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci illə müqayisədə 25,5 % artaraq 1 868,7 min nəfər olub. Ölkə vətəndaşlarının 43,6 %-i Türkiyəyə, 21,5 %-i Rusiyaya, 9 %-i Gürcüstana, 7,6 %-i İrana, 18,3 %-i digər ölkələrə səfər edib. Gedənlərin 64,9 %-ni kişilər, 35,1 %-ni qadınlar təşkil edib.Vətəndaşların 67,5 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Maraqlıdır, ölkə vətəndaşları niyə daha çox qonşu ölkələrə səyahət etməyə maraq göstərirlər?
Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a bildirib ki, azərbaycanlı turistlərin daha çox qonşu ölkələrə üz tutmasının bir neçə səbəbi var:
“Həmin ölkələrdə milli valyuta daha dəyərlidir, bu ölkələr məsafə baxımından da yaxındır. Erkən rezervasiya vaxtı məbləğin 30 faizini ödəyib, qalan miqdarı uçuşa qədər hissə-hissə ödəmək imkanı var. Həm endirim əldə etmiş olurlar, həm də hissə-hissə ödəndiyi üçün məbləğ gözə görünmür. Keçmiş Sovet ölkəsi olduğumuz üçün də rus dilinin yayıldığı ölkələrə səhayət zamanı ünsiyyət problemi yaranmır”.
Ekspert turizmi ilə seçilən digər ölkələrə də marağın artdığını deyib: 
Törə Zeynallı Demokrat.az


