"SOCAR-ın "Azəriqaz" İB-nin bölgələrdə təşkil etdiyi "Açıq mikrofon" aksiyasının nəticəsi olaraq bu gün Xaçmazın İstisu qəsəbəsi, Sabiroba və Niyazabad kəndlərinin qazlaşdırılması üçün mal-materiallar gətirilib.
Yaxın günlərdə adları çəkilən ərazilərin qazlaşdırılması prosesi həyata keçiriləcək. Odur ki, Vladimirovka kəndinin sakinləri də mavi yanacaqla bağlı müraciətlərini ünvanlaya bilər". Bunu Xaçmaz RQİİ-nin rəisi Quba rayonunda keçirilən aksiyada bildirib. Daha sonra mikrofon elə Vladimirovka kənd sakinlərinin ixtiyarına verilib.
Çıxış edənlərin əksəriyyəti 350-yə yaxın sakinin adından müraciətlərini ünvanlayaraq kəndin qazlaşdırılmayan ərazilərində küçə qaz xəttinin çəkilməsini istəyiblər. Aksiyaya İqriq kəndindən qatılan Mahir Abayevin də xahişi Vladimirovka kənd sakinlərinin istəyi ilə eyniliktəşkil edib.
Xaçmaz RQİİ-nin rəhbər şəxsləri səsləndirilən müraciətləri qeydiyyata alaraq aidiyyəti üzrə tapşırıqlar veriblər.





