Gündəm Özəl

İstehlakçı hüquqlarının qorunmasında yenilik — Sertifikatlar QR kodla oxunacaq

İstehlakçı hüquqlarının qorunmasında yenilik — Sertifikatlar QR kodla oxunacaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ilin yekunlarına dair hesabat tədbiri keçirilib. Xidmət rəisi Məmməd Abbasbəyli bildirib ki, mağaza şəbəkələrində bütün sertifikatlar QR kodlarla veriləcək. O da qeyd edilib ki, bununla istehlakçı hansısa məhsulu aldıqda ölçmə cihazının üzərindəki QR kodu oxutmaqla sertifikatın nə vaxt və hansı qurum tərəfindən yoxlanılması haqda məlumat əldə edə biləcək: “Artıq məşhur mağaza şəbəkələrinin birində ölçmə cihazlarının hamısında QR kodlar var. Yanacaqdoldurma məntəqələrində də bənzər addım atılıb”.

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında yeniliyə münasibət bildirib:

“Ümumiyyətlə, az inkişaf edən ölkələrdə istehlakçıların hüquqları bir o qədər çox pozulur. Ölkənin inkişafı istehlakçı hüquqlarına yanaşmanı da dəyişir. Azərbaycanda da iqtisadiyyat inkişaf edir. İstehlakçıların hüquqlarının qorunması istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur. QR kod aləti də bu mexanizmlərdən biridir və təqdirəlayiqdir. Təbii ki, bunun tətbiqi ilə bütün problemlərin həll olunacağını gözləmək olmaz. Amma ən azından məhsul haqqında dəqiq məlumat əldə etmək istəyən istehlakçıya rahat vasitə təqdim edilmiş olacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova